• cümə, 19 Aprel, 09:55
  • Baku Bakı 13°C

Ziyafət Əsgərov: “NATO PA-da parlamentariləri Qarabağ münaqişəsi barədə məlumatlandırmağa çalışırıq”

28.05.17 17:21 1134
Ziyafət Əsgərov: “NATO PA-da parlamentariləri Qarabağ münaqişəsi barədə məlumatlandırmağa çalışırıq”
"TbilisidəNATOParlament Assambleyasının Siyasi, Müdafiə və Təhlükəsizlik, Elm və Texnologiyalar, İqtisadiyyat və Təhlükəsizlik komitələrinin müxtəlif mövzularda iclasları keçirilib. BizNATOParlament Assambleyasının komitə iclaslarında Azərbaycanın sosial-iqtisadi inkişafı, dünyada artan nüfuzu, üzləşdiyi problemlər, xüsusən də Dağlıq Qarabağ münaqişəsi barədə dünya ictimaiyyətini, parlamentariləri daha çox məlumatlandırmağa çalışırıq”.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında AzərbaycanınNATOParlament Nümayəndə (PA) nümayəndə heyətinin rəhbəri,Milli Məclissədrinin birinci müaviniZiyafət Əsgərovbildirib.
Z. Əsgərov deyib ki, komitə iclaslarındaSuriyavəİraqmüharibələrinin humanitar aspektləri, Sosial Media İnqilabının siyasi və təhlükəsizlik baxımından nəticələri, Qara Dəniz Regionunda sabitliyin inkişafı, Ballistik raketdən müdafiə və NATO-Avropa İttifaqıəməkdaşlığı, Avropanın müdafiə sənayesi bazasının vəziyyəti, iqlim dəyişikliyi ilə əlaqədar xərclərin qiymətləndirilməsi, Yaxın Şərqdə və Şimali Afrikada ərzaq və su təhlükəsizliyi və digər məsələlər müzakirə olunur: "Müzakirələr zamanı Ermənistanın regiondakı pozuculuq fəaliyyəti, ballistik raketlərlə silahlanması və bunun təkcə region üçün deyil, bütövlükdəNATOüçün yaratdığı təhlükə barədə ətraflı məlumatlar veririk. Biz bəzi hallarda biz Ermənistanın işğalçı dövlət olduğunu sübut edə bilirik. Bununla belə, mübarizəmizi davam etdiririk”.
banner

Oxşar Xəbərlər