• cümə, 29 Mart, 03:41
  • Baku Bakı 7°C

Ziyafət Əsgərov: “Dünyanın 12 ölkəsi Xocalı faciəsini soyqırım kimi tanıyıb“

01.11.13 17:57 1305
Ziyafət Əsgərov: “Dünyanın 12 ölkəsi Xocalı faciəsini soyqırım kimi tanıyıb“
Azərbaycan Milli Məclis sədrinin birinci müavini, MM-in Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov Argentina Milli Konqresinin Deputatlar Palatası və Senatının nümayəndə heyəti ilə görüşüb.
Milli.Az xəbər verir ki, parlamentdən APA-ya verilən məlumata görə, Z. Əsgərov III Beynəlxalq Humanitar Forumun işində iştirak etmək üçün Bakıya gələn nümayəndə heyətinə bildirib ki, qloballaşan dünyanı narahat edən mühüm problemlərin müzakirəsinə həsr edilmiş forum Azərbaycan-Argentina əlaqələrinin inkişafı baxımından da əhəmiyyətli olacaq.
Sonra Z. Əsgərov qonaqlara Dağlıq Qarabağ münaqişəsinin mövcud durumundan danışıb. O deyib ki, Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən uzun illərdir işğal altında saxlanılır: “Təcavüzkar ölkə bu torpaqların qeyd-şərtsiz azad olunması haqda BMT-nin, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur”.
Görüşdə o da vurğulanıb ki, artıq dünyanın 12 ölkəsi Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci ilin 26 fevralında törədilmiş Xocalı faciəsini soyqırım kimi tanıyıb. Z. Əsgərov bu məsələnin yaxın zamanlarda Argentina parlamentində müzakirəyə çıxarılacağına ümid etdiyini bildirib.
Argentina nümayəndə heyətinin rəhbəri Roberto Moulleran hər iki dövlətin demokratik inkişaf yolu keçməsini onları birləşdirən əsas cəhət kimi dəyərləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.
banner

Oxşar Xəbərlər