• cümə, 29 Mart, 13:36
  • Baku Bakı 14°C

Ziyad Səmədzadə: “Kredit borcları ilə bağlı Milli Məclisə yüzlərlə müraciət daxil olur”

06.10.17 12:30 1520
Ziyad Səmədzadə: “Kredit borcları ilə bağlı Milli Məclisə yüzlərlə müraciət daxil olur”
"Azərbaycanda son 20 ildə aparılmış iqtisadi islahatlar uğurlu olub."
"Report” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Azərbaycanda mikromaliyyənin gələcəyi: çətinlikləri və imkanlar” adlı V İnvestorlar YarmarkasındaMilli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye Komitəsinin sədriZiyad Səmədzadədeyib.
Onun sözlərinə görə, bu müddətdə ölkə iqtisadiyyatı sürətlə inkişaf edib, yoxsulluq həddi 51%-dən 6%-ə düşüb.
Bununla belə, Z.Səmədzadə bildirib ki, əhalinin böyük qisminin maliyyə qurumlarına, o cümlədən mikromaliyyə təşkilatlarına borclu olması, verilmiş kreditlərin bir hissəsinin vaxtının keçməsi narahatlıq doğurmalıdır: "Kredit borcları ilə bağlı Milli Məclisə yüzlərlə müraciət daxil olur. Bununla bağlı araşdırma aparılmalıdır ki, bəlkə faizlər yüksək olub, bəlkə borcalanlar düzgün qiymətləndirilməyib. Elə olsun ki, sabah bir daha problemli kreditlərlə üzləşməyək. Necə oldu ki, mənfəətlə işləyən banklar devalvasiyadan sonra bu vəziyyətə düşdülər, bütün bu məsələlər təhlil edilməlidir. Amma yenə də ölkə iqtisadiyyatı inkişafdadır və tədricən maliyyə göstəriciləri yaxşılaşacaq”.
banner

Oxşar Xəbərlər