• cümə, 29 Mart, 11:38
  • Baku Bakı 5°C

Zirə, Türkan və Pirallahıda su təchizatı sistemlərinin yenidən qurulmasına 5,83 milyon manat ayrılıb

11.12.17 19:40 2133
Zirə, Türkan və Pirallahıda su təchizatı sistemlərinin yenidən qurulmasına 5,83 milyon manat ayrılıb
Azərbaycan prezidentiİlham ƏliyevBakı şəhəri Xəzər rayonunun Zirə və Türkan qəsəbələrində, Pirallahı rayonunun Pirallahı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqındasərəncam imzalayıb.
APA-nın məlumatına görə, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə” Azərbaycan prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5,83 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
banner

Oxşar Xəbərlər