• cümə axşamı, 28 mart, 18:06
  • Baku Bakı 13°C

Zimbabve prezidenti Muqabe hakim partiyanın sədri postundan uzaqlaşdırılıb

19.11.17 17:30 2500
Zimbabve prezidenti Muqabe hakim partiyanın sədri postundan uzaqlaşdırılıb
Bu gün Zimbabvenin hakim Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə Partiyasının Mərkəzi Komitəsinin xüsusi iclası keçirilib.

APA-nın "Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, iclasda ölkənin 93 yaşlı prezidenti Robert Muqabe partiyanın sədri postundan çıxarılıb.

Partiyanın yeni sədri ölkənin sabiq vitse-prezidenti Emmerson Mnanqaqva seçilib. Noyabrın 6-da məhz E. Mnanqaqvanın vitse-prezident postundan uzaqlaşdırılmasından sonra ölkədə siyasi böhran yaranıb, ordu vəziyyətə müdaxilə edib. Nəticədə R. Muqabe ev həbsinə məhkum edilib. İclasda R. Muqabenin həyat yoldaşı, E. Mnanqaqvanın əsas siyasi rəqibi Qreys də partiyadan
çıxarılıb.
banner

Oxşar Xəbərlər