• cümə, 19 Aprel, 21:00
  • Baku Bakı 24°C

Zidanın oğlu “Real”da debüt etdi

03.08.17 11:25 1483
Zidanın oğlu  “Real”da debüt etdi
"Real”ın baş məşqçisi Zinəddin Zidanın oğlu Luka da atasının rəhbərliyi altında debüt edib.
Kaspi.az xəbər verir ki, Luka Zidan "Real”ın əsas komandasında ilk oyununu keçirib. O, "Real”la MLS ulduzlarının qarşılaşmasında forma geyinmək şansı qazanıb.
Luka oyunun 72-ci dəqiqəsində meydana çıxıb. 1:1 hesabı ilə başa çatan oyunda "Real” penalti seriyasında qalib gəlib - 4:2.
Luka Zidan yeni mövsümdə "Real”ın 3-cü qapıçısı olacaq.
banner

Oxşar Xəbərlər