• cümə, 19 Aprel, 22:53
  • Baku Bakı 24°C

Zidan "Real”a ən çox qələbə qazandıran ikinci baş məşqçi olub

15.06.20 11:00 711
Zidan "Real”a ən çox qələbə qazandıran ikinci baş məşqçi olub
İspaniya La Liqasının 28-ci turunun matçında "Real" "Eybar"a 3:1 hesabı ilə qalib gəlib.
"Report” xəbər verir ki, bu, baş məşqçi kimi Zidanın 90-cı qələbəsi olub.
O, bu göstərici ilə sələflərindən biri Leo Benhakkeri qabaqlayıb. Benhakkerin "Real”ın baş məşqçisi kimi balansında 89 qələbə var.
Zidan indi yalnız Miqel Munyosdan (257 qələbə) geri qalır.
"Real" Zidanın rəhbərliyi altında 200 matç keçirərək, 132 qələbə qazanıb, 42 dəfə heç-heçə edib və 26 dəfə məğlub olub. Fransız klubu 10 mükafat, o cümlədən ardıcıl olaraq Çempionlar Liqasının üç kubokunu əldə edib.
"Real" Zidanın başçılığı ilə keçirdiyi oyunlarda489 qol vurub, öz qapısından isə 210 top buraxıb.
Hazırda komanda28 matçda 59 xal toplayaraq ikinci yerdə qərarlaşıb. "Real" lider "Barselona"dan 2 xal geri qalır.
banner

Oxşar Xəbərlər