• şənbə, 20 Aprel, 01:44
  • Baku Bakı 15°C

Zidan onu dünyanın ən yaxşısı hesab edir

26.02.20 12:15 1070
Zidan onu dünyanın ən yaxşısı hesab edir
Bu gün Çempionlar Liqasının 1/8 finalında "Real”la "Mançester Siti” qarşılaşacaq.
Kaspi.az xəbər verir ki, Madriddə keçiriləcək ilk qarşılaşmadan əvvəl "Real”ın baş məşqçisi Zinəddin Zidan "Siti”nin çalışdırıcısı Xosep Qvardiola barədə danışıb. O, Pepi dünyanın ən yaxşı məşqçisi adlandırıb:
"O, dünyanın ən yaxşısı olduğunu həmişə sübut edib. Əvvəlcə "Barselona”da, sonra "Bavariya”da, indi isə "Siti”də. Kimsə başqa cür düşünə bilər. Amma mənə görə dünyanın ən yaxşı məşqçisi Qvardioladır.
Onun etdiklərindən həmişə ilham alırıq. Bu amil bizi motivasiya edir. Ona görə də Qvardiolanın komandalarına qarşı oynamaqdan qorxmuruq.
Bu haqda danışmışam, o, "Bavariya”da olanda biz bir neçə gün bir yerdə olduq. Məşqlər barədə söhbət etdik, onun komandanı necə idarə etməsini müşahidə etdim. O, dürüst və açıq insan idi. Onunla söhbət zamanı çox şey öyrəndim”.
banner

Oxşar Xəbərlər