AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Zidan Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçi seçilib

Zidan Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçi seçilib

İdman
26 May 2020, 16:45 259
"Real"ın baş məşqçisi Zinəddin Zidan "Squawka" nəşrinin versiyasına görə, UEFA Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçi adlandırılıb.
AZƏRTAC xəbər verir ki, buna səbəb isə UEFA Çempionlar Liqasında onun baş məşqçi kimi uğurlarıdır.
Z.Zidan yeganə məşqçidir ki, çempionatın üç liqasında ardıcıl uğurlu nəticə göstərməyə müvəffəq olub. Üç qələbə 2016-cı, 2017-ci və 2018-ci illərdə qazanılıb. Zidan UEFA Çempionlar Liqası çərçivəsində ümumilikdə 26 matçda baş məqşçi kimi qələbə qazanıb.
Siyahıda ikinci yerdə "Mançester Siti"nin hazırkı baş məşqçisi Xosep Qvardiola qərarlaşıb. O, "Barselona”nı UEFA Çempionlar Liqasında iki dəfə (2009-cu və 2011-ci illər) qələbəyə aparmağı bacarıb.
UEFA Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçilərin siyahısında ilk üçlüyü "Everton”un hazırkı baş məşqçisi Karlo Ançelotti tamamlayıb. O, iki klubla – "Real”la və "Milan”la UEFA Çempionlar Liqasında uğura imza atıb. Ançelotti 2003-cü və 2007-ci illərdə "Milan”ı, 2014-cü ildə isə "Real”ı qələbəyə aparıb.