• şənbə, 30 Mart, 10:33
  • Baku Bakı 10°C

Zidan bilir, “Bavariya”nın ürəyinin necə döyündüyünü

11.04.17 13:45 821
Zidan bilir, “Bavariya”nın ürəyinin necə döyündüyünü
"Bavariya”nın idarə heyətinin sədri Karl-Haynts Rummenigge Çempionlar Liqasının 1/4 finalında "Real”la keçiriləcək oyun barədə danışıb.
Kaspi.az xəbər verir ki, Rummenigge hər iki komandanın baş məşqçilərinin rəqib barədə bütün məlumatlara sahib olduğunu bildirib. O, Ançelottinin bu qarşılaşmaya xüsusi kökləndiyini də vurğulayıb:
"Əgər sən hansısa komandanı yaxın zamanlarda çalışdırıbsansa və o komanda çox dəyişməyibsə, onda onun ürəyinin necə döyündüyünü bilirsən.
Ancaq mən əminəm ki, Zinəddin Zidan da "Bavariya”nın ürəyinin necə döyündüyünü yaxşı bilir. Hər iki məşqçi rəqib barədə bütün məlumatlara sahibdir. Onu da vurğulayım ki, Karlo Aneçlotti bu oyuna xüsusi motivasiya ilə hazırlaşır”.
Bu komandalar arasında ilk qarşılaşma aprelin 12-də Almaniyada keçiriləcək.
banner

Oxşar Xəbərlər