• cümə, 26 Aprel, 01:50
  • Baku Bakı 16°C

Zeyno Baran: Azərbaycanı fərqli ampluada görmək çox maraqlıdır

11.11.17 09:45 1852
Zeyno Baran: Azərbaycanı fərqli ampluada görmək çox maraqlıdır
Azərbaycanı hər zaman neft və qaz ölkəsi kimi tanımışıq, indi onu fərqli ampluada – Şopinq festival keçirərkən görmək, ölkənin bütün sahələrdə güclü olmasının göstəricisidir.
Trend-in məlumatına görə, bu sözləri Bakushopfest.com saytına açıqlamasında ABŞ-ın Hudson İnstitutunun Avrasiya siyasəti mərkəzinin müdiri, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın həyat yoldaşı Zeyno Baran deyib.
O bildirib ki, bu kimi tədbirlərin keçirilməsi Azərbaycan iqtisadiyyatı və turizmini daha da irəli aparacağından əmindir. Zeyno Baran Azərbaycana gələn turistlərin bu festivalla bağlı sayının, insanların alış – veriş həvəsinin daha da artacağını vurğulayıb. Xanım Baran Azərbaycan dövlətinin turizmin inkişafına yönələn bu addımını təqdir etdiyini söyləyib.
banner

Oxşar Xəbərlər