Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Dillər Universitetində (ADU)
universitetin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən
Yazarlar klubunun təşkilatçılığı ilə görkəmli oftalmoloq alim Zərifə Əliyevanın
anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Ana, səsin aydın səhər olar...”
adlı tədbir keçirilib.
Tədbirdə açılış nitqi ilə
çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Z.Əliyeva
haqqında danışaraq onun tibb elmi sahəsində qazandığı uğurların ayrıca bir mərhələ
təşkil etdiyini qeyd edib. O, Z.Əliyevanın nəinki həkim, eyni zamanda görkəmli
ictimai xadim, qayğıkeş ana olduğunu vurğulayıb. Ə.AbdullayevZ.Əliyevanın Ümummilli
lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu ve etibarlı
silahdaşı olmaqla yanaşı, həm də hər zaman mənəvi dayağı olduğunu söyləyib.
Çıxışının sonunda
professor Ə.Abdullayev tarixi şəxsiyyətlərin yad olunması mövzusunda keçirilən
tədbirləri yüksək qiymətləndirdiyini bildirib.
Sonra Yazarlar klubunun sədri
Vəzifə Əhmədova "Ana, səsin aydın səhər olar...” məzmunlu kiçik hekayə ilə çıxış edib.
Daha sonra tədbirdə anaya
həsr olunmuş müxtəlif şeir, kiçik məzmunlu hekayələr və mahnılar səsləndirilib.
ADU tələbələrinin öz
istedadları və uğurları ilə hər zaman seçildiklərini vurğulayan ADU-nun Tərbiyə
işləri üzrə prorektoru Ələddin Əliyev tədbirin təşkilatçılarına təşəkkür edərək
tədbirdən hər kəsin zövq aldığını bildirib.
Tədbirdə çıxış edən
şairə-publisist, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər
Birliyinin üzvü Gülarə Munis də tələbələrin istedadını yüksək qiymətləndirib.