• cümə, 19 Aprel, 04:52
  • Baku Bakı 18°C

Zelenski İrandakı təyyarə faciəsindən sonra Ukrayna xalqına müraciət edib

12.01.20 09:52 632
Zelenski İrandakı təyyarə faciəsindən sonra Ukrayna xalqına müraciət edib
Ukrayna PrezidentiVladimir Zelensk Tehrandan Kiyevə uçan"Boeing” sərnişin təyyarəsinin İranın hava hücumundan müdafiə sistemi tərəfindən vurulmasıilə əlaqədaröz xalqınavideomüraciət ünvanlayıb.
APAxəbər verir ki, öz müraciətində Zelenski günahkarların cəzalandırılacağına söz verib.
"Hörmətli ukraynalılar, hamımız üçün çətin olan bu günlərdə mən bunları demək istəyirəm. Mən bütün ölənləri yaxınlarına və ailələrinə təhvil verəcəm ki, onlarla insan kimi vidalaşa bilsinlər. Biz onların xatirəsini layiqincə yad edəcəyik. Biz nəinki təhlükəsizlik və ədalət anlayışını, həm də dünyanın harasında olmağınızdan asılı olmayaraq, Ukraynanın sizi hər zaman qoruyacağına dair əminlik hissinizi geri qaytaracağıq”, - deyə Zelenski bildirib.
banner

Oxşar Xəbərlər