“Zəif əzələ, güclü iradə” kitabının təqdimatı keçiriləcək
Azərbaycan Yazıçılar Birliyinin
üzvü Samir İmanovun
"Zəif əzələ, güclü iradə” adlı yeni kitabı işıq üzü görüb. 3 mart saat
15:00-da Sumqayıt Şəhər Poeziya Evində (9-cu mikrorayon, Heydər Əliyev parkı) bu
nəşrin təqdimat mərasimi keçiriləcək. Təqdimat mərasimində iştirak sərbəstdir.
Qeyd edək ki, serebral iflic xəstəliyindən
əziyət çəkən S.İmanov I qrup əlildir. Ölkəmizdə əlillik mövzusunda silsilə kitablar yazan ilk müəllifdir.İndiyə qədər o, əlilliyi olan insanlardan
bəhs edən dörd kitab yazıb. Bir çox yazı müsabiqəsinin qalibidir. Dəfələrlə
Fəxri Fərman, Diplom və digər mükafatlarla təltif edilib. "Zəif əzələ, güclü
iradə” nəşri S.İmanovun sayca 5-ci kitabıdır.