Zəfər qazanan ordudan zəfər qazanacaq orduya doğru
Ekspertlərin fikrincə, bu
parad Azərbaycanda ordu quruculuğunun bundan sonra da prioritet olacağını
göstərir
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmlibildirdi ki, Azərbaycan Ordusunun tarixində, sonuncu parad nəzərə alınmaqla
cəmi 14 parad keçirilib: "İlk parad Azərbaycan Xalq Cümhuriyyəti dövründə
1919-cu il mart ayının 22-də Gəncə şəhərində keçirilib. Ümumiyyətlə, Cümhuriyyət
dövründə 7 parad baş tutub və bunlar müxtəlif tarixi hadisələrlə bağlı olub. Azərbaycan
ikinci dəfə müstəqillik əldə etdikdən sonra ilk parad 1992-ci ilin 9 oktyabr
tarixində keçirilib. Daha sonra 2008, 2011, 2013-cü illərdə və nəhayət 2018-ci
ildə iki parada şahidlik etmişik. Bu məsələ haqqında danışarkən, ilk növbədə
onu vurğulayıram ki, sonuncu paradı nəzərə almasaq, Azərbaycanın hərb tarixində
ən əlamətdar parad 2008-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında keçirilib. Çünki məhz 2008-ci ildən bu günə kimi Azərbaycanda ordu
quruculuğu məsələsinə xüsusi diqqət yönəldilib. Yəni Azərbaycan Prezidenti
şəxsən ordu quruculuğu məsələsini prioritet məsələ kimi daim ön sırada
saxlayıb. Bu, yalnız sözdə olmayıb. Azərbaycan ordusunun maddi-texniki
bazasının, döyüş hazırlığının gücləndirilməsi, hərbi qulluqçuların sosial
şəraitinin yaxşılaşdırılması kimi işlər həyata keçirilib. Bütün işlər görülüb
ki, Azərbaycan ordusu zəfər qazana bilsin. Azərbaycan ordusunu da
gücləndirməkdə əsas məqsəd ölkənin milli maraqlarından irəli gələn vəzifələrin
yerinə yetirilməsi idi. 2018-ci ildə keçirilən parad zamanı Azərbaycan
Prezidenti qeyd etdi ki, biz ordumuzu daim gücləndiririk, bu ordu işğalçı
üzərində qələbə qazanacaq, zəfər bayrağını Azərbaycana gətirəcəyik və Azadlıq
Meydanında qələbə paradı keçirəcəyik. Nəhayət, bu gün biz artıq bu fikirlərin
reallaşması ilə üz-üzəyik. Çox sevinirik ki, Azərbaycanın hərb tarixində ilk
dəfə olaraq qələbə paradı keçirildi. Bu paradın istər hərbi, istər siyasi,
itərsə də mənə-psixoloji baxımdan əhəmiyyəti çox böyükdür”.
İ.Rüstəmli qeyd etdi ki, Zəfər Paradı eyni zamanda bundan sonra da ordu quruculuğu məsələsinin prioritet olacağını göstərir: "İnanıram ki, bundan sonra da Azərbaycanda ordu quruculuğu məsələsi dinamik şəkildə davam edəcək. Çünki cənab Prezident hospitalda yaralı əsgərlərlə söhbət zamanı vurğuladı ki, hər bir əsgərin yanındadır. Yəni hər bir əsgər ordu deməkdir və dövlət başçısı ordunun yanında olduğunu bu sahədə lazımi işlərin aparılmasına diqqət yetiriləcəyini vurğuladı. Bundan sonra da ordunun maddi-texniki bazasının, döyüş hazırlığının, sosial şəraitin yaxşılaşdırılması istiqamətində prinsipial addımlar atılacaq. Çünki biz daim ordumuzu hazır vəziyyətdə saxlamalıyıq ki, bir daha müharibə olmasın, şəhidlər verməyək və ölkəmizin ərazi bütövlüyünə təhdid yaranmasın”.
BƏXTİYAR
Azərbaycanda keçirilən Zəfər Paradı bir daha dünyaya ölkəmizin
gücünü, qüdrətini nümayiş etdirmiş oldu. Ermənistanın son 30 ildə Azərbaycana
qarşı yürütdüyü çirkin siyasətin yanlış və ümumilikdə, dünya üçün zərərli
olduğunu göstərdi. Ötən yüz il ərzində ermənilərin Azərbaycana qarşı torpaq
iddiası davamlı olub. Şübhəsiz ki, məğlubiyyətə uğrayan Ermənistan bu çirkin
niyyətini gizli də olsa, özündə qoruyub saxlayır. Təbii ki, bunun qarşısında
duracaq müzəffər Azərbaycan ordusu var. Amma ordumuz daha da güclənməlidir ki,
sabah alçaq düşmənin hər hansı bir təxribatına yenə də "dəmir yumruq”la cavab verə
bilsin. Bəs Azərbaycan ordusunu daha da güclü və qüdrətli etmək üçün hansı
addımlar atılmalıdır?
İ.Rüstəmli qeyd etdi ki, Zəfər Paradı eyni zamanda bundan sonra da ordu quruculuğu məsələsinin prioritet olacağını göstərir: "İnanıram ki, bundan sonra da Azərbaycanda ordu quruculuğu məsələsi dinamik şəkildə davam edəcək. Çünki cənab Prezident hospitalda yaralı əsgərlərlə söhbət zamanı vurğuladı ki, hər bir əsgərin yanındadır. Yəni hər bir əsgər ordu deməkdir və dövlət başçısı ordunun yanında olduğunu bu sahədə lazımi işlərin aparılmasına diqqət yetiriləcəyini vurğuladı. Bundan sonra da ordunun maddi-texniki bazasının, döyüş hazırlığının, sosial şəraitin yaxşılaşdırılması istiqamətində prinsipial addımlar atılacaq. Çünki biz daim ordumuzu hazır vəziyyətdə saxlamalıyıq ki, bir daha müharibə olmasın, şəhidlər verməyək və ölkəmizin ərazi bütövlüyünə təhdid yaranmasın”.
Hərbi ekspert Ramil
Məmmədli bildirdi ki, Zəfər Paradı Azərbaycan dövlətinin, ordusunun gücünü
dünyaya bəyan etdi: "Bu gün beynəlxalq hüquq, gücün tərəfindədir və bu güc də
ordudur. Hərbi güc olmadığı təqdirdə, hər hansı bir haqqın qorunmasından söhbət
gedə bilməz. Necə deyərlər, silah olmayan yerdə sülh olmaz, ədalət bərqərar
olmaz. Ermənistanın bundan sonra da ərazi iddialarına gəlincə, biz 100 ildən
artıqdır ermənilərin ərazi iddialarından bir gün belə geri çəkilmədiyinin
şahidiyik. Bu işğalçı niyyət, separatçılıq onların artıq gen quruluşunda var.
Bunun qarşısı yalnız güc yolu ilə alına bilər. Hansı ki, sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Azərbaycan
dövləti öz ordusu ilə Ermənistan ordusunun işğalçılıq niyyətini gözündə qoydu
və onların ölkə ərazisindən çıxarılmasına nail oldu”.
Hərbi ekspert vurğuladı ki, Azərbaycan ordusu müharibədən qalib
çıxdı: "Lakin silahlı qüvvələrin daha da güclənməsi, effektiv hala gəlməsi üçün
müəyyən işlərin həyata keçirilməsinə ehtiyac var. Vətən Müharibəsi müsbət və
mənfi tərəfləri açıq şəkildə göstərdi. Ali Baş Komandanın məhz bununla bağlı
planları olacaq. Azərbaycan Silahlı Qüvvələrinin müharibədən sonra müəyyən
tələb və təkliflərinin ortaya çıxacağını artıq bəlli etmək olur. Ümumiyyətlə,
müharibədən sonra bir şey aydın oldu ki, silahlı qüvvələrin arsenalında çox
vacib olan texnikalara ehtiyac var. Ordu quruculuğu ilə bağlı müəyyən
dəyişikliklərə, yeniliklərə ehtiyac yaranır. Bunlar hansılardır? İlk növbədə bu
müharibədə bəlli oldu ki, ordunun sürətli hücumunun həyata keçirilməsi və
effektiv nəticələrin əldə olunması üçün mobil döyüş apara biləcək xüsusi
təyinatlı qüvvələrin imkanları genişləndirilməlidir. Yəni onların şəxsi heyəti
və texniki imkanları daha geniş olmalıdır. Bundan başqa, məlum oldu ki, ağır
zirehli texnikalar sürətli döyüşün aparılması üçün o qədər də effektiv deyil.
Əlbəttə, müəyyən döyüş əməliyyatlarında onlara ehtiyac duyulur. Bu, əsasən
şəxsi heyətə atəş dəstəyi vermək və xüsusən də atıcı silahlardan müdafiə olunan
xətlərin keçidini təşkil etmək üçün zirehli texnika olan tanklara və BTR-lərə
ehtiyac var. Lakin artıq müharibənin, döyüşün formatı dəyişib. Zaman keçdikcə
ölkələr daha çox havada üstünlük qazanmaq kimi niyyətlərini açıq şəkildə
göstərəcəklər və istiqamət də buna yönələcək. Yəni bu müharibədən sonra əminəm
ki, düşmən tərəfi, Ermənistan ordusu da bu addımları atmaq niyyətindədir. Yəni
onlar pilotsuz uçuş aparatları, silahlı pilotsuz uçuş aparatları sahəsində
imkanlarını gücləndirməyə çalışacaq. Həmçinin anti-PUA sistemlərinin əldə
olunması üçün müəyyən cəhdlər edəcək”. R.Məmmədlinin sözlərinə görə, Azərbaycan PUA-larla bağlı imkanlarını
genişləndirəcək: "Ordunun daha da effektiv və minimum itki ilə uğur qazanması
və sürətli hücumun həyata keçirilməsi, eləcə də hava üstünlüyü qazanması
məqsədilə müəyyən satınalmalar və ölkə
daxilində istehsal edilməsi üçün layihələrə dəstək veriləcək. Bu, daha güclü
pilotsuz uçuş aparatlarının, silahlı pilotsuz uçuş aparatlarının alınması,
yaxud da Azərbaycanda istehsaldır. Həmçinin buraya milli zirehli texnikanın
istehsalı sahəsində layihələrin dəstəklənməsi daxildir. Düşünürəm ki, bunlar ən
doğru istiqamətlərdir. Azərbaycan ordusunun daha da güclənməsi üçün peşəkar
əsgərlərin sayının artırılmasına ehtiyac var. Burada söhbət 18-20 yaşında hərbi
xidmətə cəlb olunanlardan daha çox, zabit və gizirlər istisna olmaqla, peşəkar
hərbi qulluqçuların sayının artırılmasından gedir. Həmçinin qeyd etdiyim kimi,
xüsusi təyinatlı qüvvələrin imkanları genişləndirilməlidir, hava hücumundan
müdafiə sistemi daha da təkmilləşdirilməlidir, hərbi hava qüvvələri sahəsində
yeni layihələrin icrasına başlanılmalıdır, yəni satınalmalar həyata
keçirilməlidir. O cümlədən pilotsuz uçuş aparatları parkı, eyni zamanda silahlı
pilotsuz uçuş aparatları parkı genişləndirilməlidir. Hesab edirəm ki, bu, ən
vacib layihələrdən biri hesab olunmalıdır. Bütün bu sadaladıqlarım, ümumilikdə
Azərbaycan ordusunun gücünün və qüdrətinin daha da artmasına, möhkəmlənməsinə
şərait yarada bilər”.