• cümə axşamı, 18 aprel, 17:12
  • Baku Bakı 22°C

Özcan Deniz: “Bakıdayam”

20.12.13 14:19 2630
Özcan Deniz: “Bakıdayam”
Dünən Türkiyənin məşhur siması Özcan Deniz “Su ve Ateş” filmini Azərbaycan tamaşaçılarına təqdim etdi. Rejissor kimi özünü sınayan Özcan “Facebook” sosial şəbəkəsində vətənimizdə olduğu barədə xəbər yazıb: “”Su ve Ateş” filmi bu gündən etibarən Azərbaycan Kinoteatrlarında!”
Özcan Deniz filmin təqdimatından sonra milli yeməklərimizdən dadaraq, filmin adı əks olunmuş müxtəlif əşyalarla şəkil çəkdirərək ““Su ve Ateş”-in Azərbaycan galası keçirilir. Filmim hazırda Bakıda nümayiş olunur” kimi şərhlər yazıb.
Qeyd edək ki, bundan öncə vətənimizə qonaq gələn digər məşhur türk ifaçısı Kenan Doğulu sosial şəbəkələrdə aktiv olduğunu söyləsə də, ancaq öz səhifəsində vətənimizlə bağlı heç bir məlumatı paylaşmamışdı. Buna səbəb kimi isə bayıra çıxmadığı üçün şəhərimizlə bağlı heç bir şey paylaşmadığını bəhanə gətirmişdi. Hətta ifaçı “çox istəsəniz, oteldəki saxsı qabların şəkillərini paylaşaram” deyə zarafat da etmişdi...
banner

Oxşar Xəbərlər