• cümə, 19 Aprel, 05:50
  • Baku Bakı 18°C

Özbəkistanlı alim Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

28.03.17 14:15 622
Özbəkistanlı alim Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
Özbəkistanlı tarixçi alim Şuxrat Salamov Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması ilə əlaqədar bəyanat verib.
Sülh Platformasının mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, bəyanatda deyilir:
"Sülh insanların bu həyatda istədiyi, ən ali fəzilətdir. Ona görə də mən Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinə inanıram. Azərbaycan və Ermənistan Respublikalarının ərazi bütövlüyü və suverenliyinə və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi bildirmək istəyirəm. HəmçininBMTTəhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrası vacib olduğunu vurğulamaq istəyirəm.ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində gördüyü işlərinin əhəmiyyətini qeyd etmək istəyirəm. Bir tarixçi kimi qeyd etmək istəyirəm ki, mövcud münaqişədən əvvəl Erməni və Azərbaycan xalqları sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Bu münasibətlər əsrlər boyu formalaşan qonşuluq və dostluq münasibətlərinin nəticəsi olub. Münaqişənin uzun müddət həll olunmaması nəticəsində iki ölkə arasında əlaqələrin yalnız müharibə kontekstində formalaşmasını təəssüf hissi ilə, qeyd etmək istəyirəm. Mən bu sülh təşəbbüsünü dəstəkləyirəm və bu təşəbbüsün münaqişəyə böyük töhfə verə biləcəyinə inanıram. Bu səbəbdən, məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və Cənubi Qafqaz regionunda sülhün bərpası və qorunması olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.
banner

Oxşar Xəbərlər