Özbəkistanın müdafiə naziri Azərbaycana gəlib
Özbəkistanın müdafiə naziri general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Özbəkistanın müdafiə nazirinin Azərbaycan Müdafiə Nazirliyində hərbi, hərbi-texniki əməkdaşlıq, hərbi təhsil və bir sıra digər istiqamətlərdə görüşlərinin keçirilməsi nəzərdə tutulub.