• çərşənbə axşamı, 23 aprel, 12:52
  • Baku Bakı 24°C

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi xeyriyyə tədbiri təşkil edib

25.12.19 15:15 735
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi xeyriyyə tədbiri təşkil edib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xeyriyyə tədbiri keçirilib.
AZƏRTACxəbər verir ki, AMM-də keçirilən tədbirdə Daşkənd şəhəri, Daşkənd vilayətinin Buka və Sırdərya vilayətinin Gülüstan şəhərlərindən gələn 10 uşaq evinin 250-dək şagirdi və müəllimlər iştirak edib.
Əvvəl uşaqlar Heydər Əliyev Muzeyi və Azərbaycanın Dövlətçilik Tarixi Muzeyi, həmçinin foyedə təşkil olunan şəkil və suvenirlərdən ibarət sərgiyə baxıblar. Onlara ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, Heydər Əliyev Fondunun fəaliyyəti haqqında məlumat verilib.
Sonra uşaqlar salona dəvət edilib.
AMM-nin direktoru Samir Abbasov qarşıdan gələn Yeni il münasibətilə uşaqları təbrik edib, Azərbaycan-Özbəkistan dostluğundan danışıb, bu dostluğun möhkəmlənməsi, xalqlarımız arasında əlaqələrin gələcək inkişafında gənc nəslin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, çıxışında uşaqların elm və biliklərə yiyələnməsinin vacib olduğunu vurğulayıb, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun ölkəmizdə uşaq evlərinə qayğısı, onların fəaliyyətinin yüksək səviyyədə qurulması istiqamətində görülən işlərdən danışıb.
Sonra uşaqlar özbək və dünya xalqlarının mahnı və rəqslərini, AMM-nin nəzdindəki "Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
Konsert başa çatdıqdan sonra şagirdlər bayram süfrəsinə dəvət olunub və onlara bayram hədiyyəsi təqdim edilib.
banner

Oxşar Xəbərlər