• cümə, 19 Aprel, 02:31
  • Baku Bakı 18°C

Özbəkistanda koronavirusa yoluxanların sayı 300 nəfərə çatır

05.04.20 12:15 622
Özbəkistanda koronavirusa yoluxanların sayı 300 nəfərə çatır
Özbəkistanda yeni növ koronavirusa (COVİD-19) daha 32 yoluxma halı qeydə alınıb.
Trend-in "Gazeta.uz"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 298 nəfər çatıb.
Bildirilir ki, son günlər ərzində qeydə alınan yoluxma halları karantində saxlanılan vətəndaşlarda aşkarlanıb.
Xatırladaq ki, Özbəkistanda koronavirusdan 2 nəfər dünyasını dəyişib, 25 nəfər isə sağalıb.
banner

Oxşar Xəbərlər