• çərşənbə axşamı, 16 aprel, 14:14
  • Baku Bakı 19°C

Özbəkistan Yaponiyaya 1,4 milyard dollarlıq uran satacaq

09.01.20 15:35 687
Özbəkistan Yaponiyaya 1,4 milyard dollarlıq uran satacaq
Özbəkistan 2023-2030-cu illərdə Yaponiyanın "Itochu” şirkətinə 510,1 milyon, "Marubeni” şirkətinə isə 636,4 milyon dollar dəyərində uran satacaq.
AZƏRTACÖzbəkistan mətbuatına istinadla xəbər verir ki, ölkə 2017-ci ildə ABŞ-a 300 milyon dollar dəyərində uran satılması ilə bağlı müqavilə imzalayıb. 2019-cu ildə isə Hindistana uran satılması ilə əlaqədar uzunmüddətli müqavilə bağlanılıb.
Xatırladırıq ki, uran ehtiyatına görə Özbəkistan dünya liderləri sırasındadır. Ölkə uran satışına görə dünyada yeddinci yerdə qərarlaşıb. Uran Özbəkistandakı Nəvai dağ-mədən kombinatında çıxarılır.
banner

Oxşar Xəbərlər