• şənbə, 27 Aprel, 05:17
  • Baku Bakı 14°C

Özbəkistan Respublikasının birinci xanımı Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

26.08.20 19:29 708
Özbəkistan Respublikasının birinci xanımı Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu göndərib.
Trend-in məlumatına görə, məktubda deyilir:
Zati-aliləri, hörmətli birinci xanım,
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində fəaliyyətiniz Sizə əhali arasında böyük hörmət, beynəlxalq arenada layiqli imic və ehtiram qazandırıb.
Sizin rəhbərlik etdiyiniz Heydər Əliyev Fondu uzun illər ərzində elm, səhiyyə, mədəniyyət və incəsənət, idman və ekologiya sahələrində həyata keçirilən bir sıra mühüm layihələr sayəsində böyük nüfuz qazanıb.
Mən Sizin şəxsinizdə Şərqin gözəl və müdrik, sosial baxımdan fəal və çox yüksək intellektə malik Azərbaycan qadınının parlaq rəmzini görürəm. Xüsusi qeyd etmək istəyirəm ki, Siz təkcə təcrübəli siyasətçi və dövlət xadimi deyil, həm də ölkənin beynəlxalq imicinin möhkəmlənməsi üçün fəal səy göstərən sədaqətli və fədakar şəxsiyyətsiniz.
Həyatınızın bu əlamətdar hadisəsi münasibətilə Zati-alinizə və ailənizin bütün üzvlərinə möhkəm cansağlığı, xoşbəxtlik, sülh və firavanlıq, məsul və nəcib fəaliyyətinizdə böyük uğurlar arzu edirəm.
banner

Oxşar Xəbərlər