• cümə axşamı, 18 aprel, 04:26
  • Baku Bakı 15°C

Özbəkistan mətbuatı Azərbaycan musiqiçilərinin Səmərqənddəki uğurundan yazır

02.09.17 13:20 1654
Özbəkistan mətbuatı Azərbaycan musiqiçilərinin Səmərqənddəki uğurundan yazır
Özbəkistan mətbuatı Səmərqənddə keçirilən "Şərq təranələri” XI Beynəlxalq Musiqi Festivalında Azərbaycan nümayəndələrinin uğurlu çıxışı haqqında məlumatlar verir.
Podrobno.uz portalı festivalda "Qran-pri”nin sahibi olan Azərbaycanın Əməkdar Artisti Sahib Paşazadənin müsahibəsini yayıb. S.Paşazadə deyib: "Birinci gün musiqi nömrəsini təqdim edəndə münsiflər heyətinin 5 üzvü və möhtəşəm Reqistan meydanında əyləşən musiqisevərlər bizi ayaqüstə alqışladılar. Bizi birinci ayaqüstə alqışlayan isə Özbəkistanın Xalq Artisti, tanınmış muğam ustadı Münəccat Yolçuyeva oldu. Münəccat Yolçuyeva yerli televiziyaya müsahibəsində də bizim kompozisiyaya böyük qiymət verib. O deyib: "Mən artıq dördüncü dəfədir Səmərqənddəyəm. Bundan əvvəl beş nəfərdən ibarət qrupun tərkibində çıxış etmişəm. Bu dəfə isə biz iki nəfərik-mən və nağara ustası Kamran Kərimov. Mən fəxr edirəm ki, bu iki musiqi aləti Azərbaycan musiqisini layiqincə təmsil etdi”.
S.Paşazadə müsahibənin sonunda bildirib: "Münsiflər heyətinin üzvü olan Çin və Küveyt nümayəndələri artıq bizi sentyabr və dekabr aylarında öz ölkələrinə dəvət ediblər. Ümumiyyətlə, biz bu qələbədən sonra 10 dəvət almışıq və inşallah, bunların hamısını reallaşdırmaq fikrindəyik.
banner

Oxşar Xəbərlər