• cümə, 29 Mart, 09:48
  • Baku Bakı 5°C

Zaqatalada iki minik avtomobili toqquşub, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

05.08.17 10:20 1314
Zaqatalada iki minik avtomobili toqquşub, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb
Zaqatalada baş verən yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, avqustun 4-ü axşam saat 23 radələrində Zaqatala şəhəri, Azərbaycan prospektində "VAZ 2109” markalı "62 BX 341” dövlət nömrə nişanlı avtomobil ilə "VAZ 2106” markalı "08 BA 258” dövlət nömrə nişanlı avtomobil toqquşub.
Hadisə nəticəsində "VAZ 2106” markalı avtomobilin sürücüsü, Zaqatala şəhər sakini, 1947-ci il təvəllüdlü Razıyev Qulu Ağabala oğlu, onun sərnişini, Zaqatala şəhər sakini, 1976-cı il təvəllüdlü Haçıəbdulhamidzadə Anar Tofiq oğlu və "VAZ 2109” avtomobilinin sürücüsü, Yuxarı Tala kənd sakini, 1991-ci il təvəllüdlü Ramazanov Rəsul Qurban oğlu Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıblar.
Həkimlərin səylərinə baxmayaraq, 70 yaşlı Razıyev Qulu Ağabala oğlu həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər