• çərşənbə, 08 May, 03:39
  • Baku Bakı 13°C

Zakir Qaralov: “Bu il 12 nəfər prokurorluq orqanlarından çıxarılıb”

01.10.16 10:08 980
Zakir Qaralov: “Bu il 12 nəfər prokurorluq orqanlarından çıxarılıb”
"Bu il 12 nəfər Azərbaycanınprokurorluq orqanlarından xaric edilib”."Report” xəbər verir ki, bunubaş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov "Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.
Onun sözlərinə görə, 2016-cı ilin ötən dövründəxidməti və əmək intizamının tələblərini pozduğuna, yaxud digər qanunsuz hallara yol verdiklərinə görə 45 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib: "Bundanbaşqa, 19 nəfərə şiddətli töhmət və töhmət verilib, 3 nəfər vəzifədən azad edilib, 2 nəfər aşağı vəzifəyə keçirilib”.
Z.Qaralov qeyd edib ki,2016-cı ildə prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilənsayca 17-ci müsabiqədə iştirak etmək məqsədilə sənədlərini təqdim edəngənc hüquqşünaslardan 117-si prokurorluqda qulluğa qəbul ediliblər: "Hazırda 2002-ci ildən keçirilənmüsabiqə yolu ilə qulluğa qəbul edilənişçilər prokurorluğun kadr korpusunun 63 faizini təşkil edir. Bu müddətdə Prezident tərəfindən 2 prokurorluq işçisi "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib,Baş Prokurorluqüzrə müvafiq əmrlərlə 145 prokurorluq işçisi barədə həvəsləndirmə tədbiri tətbiq olunub, o cümlədən 5 nəfər "Prokurorluğun fəxri işçisi” döş nişanı, 48 nəfər Fəxri fərmanla təltif edilib, 15 nəfərə mükafatlandırma qaydasında rütbə, 12 nəfərə isə pul mükafatı verilib. Bundan əlavə, hərbi prokurorluq orqanlarının 44 işçisi "Qüsursuz xidmətə görə” medalları və yubiley medalı ilə təltif ediliblər”.
Baş prokuror bildirib ki, Korrupsiyaya qarşı mübarizənin aparılmasında prokurorluq orqanlarının həyata keçirdiyi fəaliyyətin, yerinə yetirdiyi vəzifə və funksiyaların əhəmiyyəti, görülən işlərin çevikliyi və effektivliyi artıb.O qeyd edib ki,2015-ci ilin oktyabrın1-dən2016-cı ilin oktyabrın 1-dək Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "Qaynar xətt” əlaqə mərkəzinə daxil olan31 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb.

Baş prokuror qeyd edib ki,"Qaynar xətt” əlaqə mərkəzinə daxil olanmüraciətlərlə bağlı Baş İdarədə aparılan araşdırmalar zamanı aşkar edilənqanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar verilib, həmin təqdimatlara əsasən bir sıra işçilər intizam qaydasında cəzalandırılıb: "Aşkar edilənqanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilib, 271 şəxs barəsində 171 cinayət işi tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilib".

Z.Qaralov bildirib ki,Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən şəffaflıq, açıqlıq və hesabatlılıq prinsiplərinə xüsusi önəm verilərək qurumun fəaliyyəti barədə mətbuat konfransları, digər tədbirlər keçirilməklə, ictimaiyyətin, vətəndaş cəmiyyətinin və mətbuat nümayəndələrinin suallarına cavab verilmiş, bülletenlər, bukletlər, kitablar və metodiki vəsaitlər nəşr edilərək yayımlanması təmin edilib.

banner

Oxşar Xəbərlər