• cümə axşamı, 25 aprel, 21:05
  • Baku Bakı 21°C

Zakir Həsənov yazıçılarla görüşüb

27.10.16 16:03 1025
Zakir Həsənov yazıçılarla görüşüb
Bir qrup yazıçı müdafiə naziri ZakirHəsənovla görüşüb.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, görüşdə birliyin sədri, xalq yazıçısı Anar, xalq şairləriSabir Rüstəmxanlıvə Nəriman Həsənzadə, xalq yazıçısı Mövlud Süleymanlı, birliyin gənclər üzrə katibi Rəşad Məcid, mətbuat xidmətinin rəhbəri Xəyal Rza və başqaları iştirak edib.

Görüşdə yazıçıların hərbi hissələrdə görüşlərinin keçirilməsi, cəmiyyətdə hərbi-vətənpərvərlik hisslərinin yüksəldilməsi və s. məsələlər müzakirə olunub.

Nazir əsgərlərdə hərbi-vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi üçün ədəbiyyat xadimlərinin təbliğatının böyük rol oynadığını diqqətə çatdırıb.
banner

Oxşar Xəbərlər