• şənbə, 20 Aprel, 17:34
  • Baku Bakı 23°C

Zakir Həsənov şəxsi heyətin döyüş hazırlığı səviyyəsini yoxlayıb

18.07.17 18:43 908
Zakir Həsənov şəxsi heyətin döyüş hazırlığı səviyyəsini yoxlayıb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin bazasında fəaliyyət göstərən təlim-məşq kompleksində olub.
Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, kompleksdə şəxsi heyətlə döyüş hazırlığı səviyyəsinin daim yüksəldilməsi məqsədilə suüstü gəmi və katerlərdə suya davamlılıq və yanğın əleyhinə mübarizə, eləcə də gəminin döyüş qabiliyyətinin artırılması üzrə təlim-məşqləri keçirilir.
Müdafiə naziri şəxsi heyətin real qəza vəziyyətinə uyğunlaşdırılmış şəraitdə nümayiş etdirdiyi praktiki fəaliyyətlərini izləyib.
Gözətçi gəmisinə baxış keçirən nazir gəminin təminatı, silahlanmada olan döyüş vasitələrinin hazırlığı ilə maraqlanıb və müvafiq tapşırıqlar verib.
banner

Oxşar Xəbərlər