• cümə, 29 Mart, 05:44
  • Baku Bakı 7°C

Zakir Həsənov Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı ilə görüşüb

12.09.17 16:00 1491
Zakir Həsənov Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı ilə görüşüb
İsrailə rəsmi səfəri çərçivəsində Müdafiə naziri,general-polkovnikZakir Həsənovbu ölkədə yaşayan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunovla görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, görüş zamanı ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi yad edilib, o cümlədən A.Aqarunovun həyat yolu, döyüşlərdə iştirakı bir daha xatırlanıb. Bildirilib ki, Azərbaycanda yaşayan digər xalqların nümayəndələri kimi yəhudi əsilli bu qəhrəman da Azərbaycanı daim vətəni bilib, torpağı uğrunda döyüşüb, canını onun müstəqilliyi və suverenliyi uğrunda fəda edib.

R.Aqarunov qardaşının xatirəsinə göstərilən yüksək diqqət və qayğıya görə ailəsi adından Azərbaycan dövlətinə minnətdarlığını bildirib.
banner

Oxşar Xəbərlər