• cümə, 29 Mart, 11:11
  • Baku Bakı 5°C

“Öz xalqına qarşı ordudan istifadə etmək biabırçı haldır” - Rusiyalı hərbi ekspert

20.01.21 16:15 384
“Öz xalqına qarşı ordudan istifadə etmək biabırçı haldır” - Rusiyalı hərbi ekspert
"Bakıda baş verən faciəni qiymətləndirsək, bunda Sovet İttifaqının rəhbərliyi günahkardır. Qorbaçovun "dəvəquşu siyasəti” 30 ildən sonra ortaya çıxan bir çox bəlaya və faciələrə səbəb oldu, bu gün də bu səbəbdən insanlar yenidən ölür və silahlı qarşıdurmalar yaranır. Bir çox problem müzakirə olundu. Vəziyyət kritikləşdikdə isə rəhbərlik dərhal ordunu işə salırdı. 31 il əvvəl, 1990-cı il yanvarın 20-də də belə hadisə baş verdi”.
Kaspi.az xəbər verir ki, bu sözləri hərbi ekspertYuri KnutovBakıda törədilən 20 Yanvarfaciəsinəmünasibət bildirərkən deyib.
"Bu, dəhşətli faciədir. Moskva rəhbərliyi regionda yaranan vəziyyətə düzgün reaksiya versəydi, faciə də olmazdı. O zaman etirazlar da olmayacaqdı və əlbəttə ki, dinc şəhərə qoşun yeridilməsi kimi vəhşi hərəkət də. Belə olmamalı idi. Xüsusən də öz ölkənin vətəndaşlarına qarşı. Bu vəziyyət Sovet hökumətinin hərəkətsizliyi nəticəsində meydana gəldi”, - o bildirib.
Y.Knutov Azərbaycan xalqına başsağlığı verib və düzgün dərs çıxarmağın ən vacib amil olduğunu qeyd edib: "Vəziyyəti belə həddə çatdırmaq olmaz, problemləri dərhal həll etmək lazımdır. Çoxmillətli Bakının sakinləri özlərini böyük ölkənin qorunan hissəsi kimi hiss etməli idilər. Ancaq hökumətin qəbul etdiyi qərar onun dağılmasına istiqamətlənmişdi. Öz xalqına qarşı ordudan istifadə etmək biabırçı haldır”. (Report)
banner

Oxşar Xəbərlər