“Yuve” “Barsa”ya çox hörmət bəsləyirdi - Alves
"Yuventus”un futbolçusu Dani Alves komandadakı hədəfləri ilə bağlı
danışıb.
Kaspi.az xəbər verir ki, Alves "Yuve”nin tarixinə düşmək üçün A
seriyasını qazanmaq yox, daha böyük qələbələr əldə etməyin vacib olduğunu
bildirib. O, Çempionlar Liqasının finalında keçirilən "Barselona” - "Yuventus”
oyununu da xatırlayıb. Həmin vaxt Alves "Barsa”nın şərəfini qoruyub:
"Turinə gələndə mən dedilər ki, komandanın tarixinə daxil ol. Ancaq
"Yuve”nin tarixinə düşmək üçün A seriyasını qazanmaq yox, daha böyük qələbələr
əldə etmək vacibdir.
Mənə elə gəlir ki, Berlin finalında "Yuventus” "Barselona”ya
həddindən artıq hörmət bəsləyirdi. Əlbəttə, belə komandalar qarşılaşarkən,
hörmətin olması vacibdir. Ancaq meydana çıxarkən, qələbə qazanmaq lazım
olduğunu da unutmamalısan”.