• cümə, 29 Mart, 11:20
  • Baku Bakı 5°C

“YUNESKO” ya bağlı təşkilatın nümayəndə heyəti AMEA Naxçıvan Bölməsində olub - Fotolar

21.10.16 15:00 952
“YUNESKO” ya bağlı  təşkilatın nümayəndə heyəti AMEA Naxçıvan Bölməsində olub - Fotolar
"YUNESKO”ya bağlı Beynəlxalq Kəhriz və Tarixi Su Qurğuları Təşkilatından olan bir qrup nümayəndə heyəti AMEA Naxçıvan Bölməsində olub.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qonaqlara bölmənin elmi fəaliyyəti və burada aparılan mühüm elmi araşdırmalar barəsində ümumi məlumat verib. Qonaqların diqqətinə çatdırılıb ki, Nахçıvаn təkcə tikilib qurulmur, həm də öyrənilir. Qeyd olunub ki, AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvanın tarixinin, mədəniyyətinin, təbii ehtiyatları və biomüxtəlifliyinin obyektiv və hərtərəfli öyrənilməsində, eyni zamanda II cilddə "Naxçıvan ensiklopediyası”, "Naxçıvan abidələri ensiklopediyası” (Azərbaycan və ingilis dillərində), III cilddə "Naxçıvan Tarixi”, II cilddə "Naxçıvan Muxtar Respublikasının Qirmızı Kitabı”, III cilddə "Naxçıvan folkloru”, "Naxçıvan teatrının salnaməsi”, "Naxçıvan tarixi atlası”, "Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” və başqa bu kimi bir sıra fundamental və ümumiləşdirici əsərlərin nəşr olunmasında yaxından iştirak ediblər.

"YUNESKO”ya bağlı Beynəlxalq Kəhriz və Tarixi Su Qurğuları Təşkilatından olan bir qrup nümayəndə heyətinin üzvüləri söhbət əsnasında öz fəaliyyətləri barəsində məlumat verərək qeyd ediblər ki, 2005-ci ildən fəaliyyət göstərən təşkilat ötən illər ərzində dünyanın bir çox müxtəlif ölkələri ilə əməkdaşlıq edir və Naxçıvan Muxtar Respublikası da kəhrizlərlə bağlı əməkdaşlıq etdikləri ilk regionlardan biridir. Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan kəhrizlərin Naxçıvan tarixi qədər çox qədim tarixi olduğunu bildirən heyət üzvüləri region ərazisində mövcud olan kəhrizləri "YUNESKO”nun kitabına salınmasında yaxından köməklik göstərəcəklərini bildiriblər.

Görüş zamanı "Naxçıvan Abidələri Ensiklopediyası” (Azərbaycan və ingilis dillərində), "Əlincəqala”, "AMEA Naxçıvan Bölməsi haqqında” kitablar qonaqlara hədiyyə olunub.




banner

Oxşar Xəbərlər