• cümə, 29 Mart, 02:10
  • Baku Bakı 7°C

YUNESKO-nun ədəbi xəzinəsi

12.12.16 14:50 2246
YUNESKO-nun ədəbi xəzinəsi
YUNESKO-nun ədəbi irsini dəyərləndirən bölmə məktəbəqədər yaşlı uşaqlar üçün əhəmiyyətli 100 kitab siyahısı tərtib edib. "literactor.com”-un məlumatına görə, bu kitabların tərtibatında əsas meyar uşaqları sadəcə məktəbə hazırlamaq yox, eləcə də, həyat haqqında ilkin anlayışlara öyrəşdirməkdir. Məlumata görə, YUNESKO bütün ölkələrdəki nümayəndəliklərinə bəhs edilən siyahını göndərib. Tezliklə qurumun nümayəndələrinin və rəsmi orqanlarının fəaliyyət göstərdiyi bütün ölkələrdə bu əsərlərin tərcüməsinə və nəşrinə start veriləcək. Burada isə əsas məqsəd valideynlərə düzgün tərbiyə yollarını və uşaqlara mənimsədilməsi lazım olan ideyaları aşılamaqdır. Həmin əsərlərdə 12 əsas ideya ortaqdır. Bu əsərlərin hamısını birləşdirən cəhət YUNESKO-nun uşaqlara mənimsədilməsi vacib olan 12 ideyanı təbliğ etməsidir. Beləliklə, övladlarınıza kitab seçərkən bu ideyaları təbliğ etməsinə diqqət edin:
· Azadlıq
· Sülh
· Xoşbəxtlik
· Sevgi
· Hörmət
· Tolerantlıq
· Dürüstlük
· Təvazökarlıq
· Məsuliyyət
· Birlik duyğusu
· Sadəlik
· Əmək birliyi
banner

Oxşar Xəbərlər