• çərşənbə, 24 Aprel, 01:24
  • Baku Bakı 14°C

Yunanıstanda 1985-ci ildə təyyarənin qaçırılması faktına görə axtarılan şəxs həbs edilib

22.09.19 15:00 721
Yunanıstanda 1985-ci ildə təyyarənin qaçırılması faktına görə axtarılan şəxs həbs edilib
Yunanıstan polisi 1985-ci ildə təyyarənisilahlı yollaələ keçirdiyi üçünaxtarışda olan cinayətkarı həbs edib.
"Report""Proto tema" nəşrinə istinadən xəbər verir ki, bu barədəEgey dənizinin Cənub hissəsinin Polis İdarəsi bildirib.
Bildirilir ki, Mikonosda Almaniyanın hüquq-mühafizə oranlarının orderi üzrə65 yaşlı əcnəbisaxlanılıb. O, terrorçuluqda - konkret olaraq 1985-1987 ildəaviapiratlıqda və insan oğurluğundaittiham edilir.
"Saxlanılan şəxs məhkəməyə təqdim edilib və onun barəsində həbs qərarı qəbul olunub", - deyə polis bildirib.
Terrorçular 1985-ci ilin 14 iyununda Afinadan Romaya uçan"Trans World Airlines"şirkətinin "Boeing 727" təyyarəsini ələ keçiriblər. Onlar pilotları Beyruta uçmağa məcbur etdilər. Terrorçular İsrail və cənubi Livan həbsxanalarından bir neçə yüz məhbusun azad edilməsini tələb ediblər. Təyyarənin8 nəfərlik ekipaj üzvüvə145 sərnişini17 günterrorçuların girovu olub. Terror aktı zamanı Amerika dəniz piyadası öldürülüb.
Həmin vaxt girovların arasında dünya üzrə məşhur müğənniDemis Russosda olub.
Nəşr xatırladıb ki, təyyarə 1985-ci ilin iyununda ələ keçirilib. Cinayətkarlar təyyarəni əvvəlcə Beyruta aparıblar. Həmin şəhərdə bir neçə sərnişin, o cümlədən müğənniDemis Russosazad edilib. Cinayətkarlardan bəziləri 2 il sonra - 1987-ci ildə Beyrutda həbs ediliblər. Lakin Yunanıstanda bu günlərdə həbs edilmiş cinayətkarı yaxalamaq həmin illərhüquq-mühafizə orqanlarına nəsib olmayıb.
"Proto tema" nəşri bildirib ki, saxlanılan şəxslivanlıdır. O, "Hizbullah"la əlaqəli olduğu üçün34 ilbeynəlxalq prokurorlar tərəfindən axtarışda olub.
banner

Oxşar Xəbərlər