• şənbə, 20 Aprel, 16:02
  • Baku Bakı 23°C

Yunanıstan səfirinə deyilənlər təkcə rəsmi Afinaya qarşı yönəlməyib

03.09.20 13:08 635
Yunanıstan səfirinə deyilənlər təkcə rəsmi Afinaya qarşı yönəlməyib
Sahib Alıyev: "Bu, Şərqi Aralıq dənizi regionunda Türkiyəyə qarşı gövdə gösətərənlərin hamısına "Mən qardaşımın yanında olacağam” ismarıcıydı"
"Reaksiyalara baxıram və görürəm ki, Prezident İlham Əliyevin Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkosa dünən dedikləri bizdə və Türkiyədə əsl emosiya partlayışı yaradıb. Bu, tam anlaşılandır. Çünki çox az hallarda hansısa bir dövlətin başçısı digərinin təmsilçisiylə görüşdə diplomatik ibarələrə varmadan ölkəsinin onların düşmən gözündə gördüklərinin yanında olduğunu və olacağını deyir. Hətta buna bənzər hallar baş verdikdə belə o, deyilənlər kameralar qarşısında səsləndirilmir.Cənab İlham Əliyev isə bunu etdi. Və onun bu açıqlması vurğuladığımız kimi böyük emosiya doğursa da, heç də emosional deyildi".
Bu barədə millət vəkili Sahib Alıyev "Facebook" hesabında yazıb.
Deputat qeyd edib ki, xarakter baxımından yetərincə səbrliliyi, soyuqqanlılığı ilə fərlənən, böyük məktəb keçmiş, təcrübəli bir dövlət adamı kimi Prezident İlham Əliyevə emosional çıxış, hərəkətlər, ümumiyyətlə yaddır və o, populizmdən uzaqdır: "Dövlət başçımızın Yunanıstan səfirinə dedikləri təkcə rəsmi Afinaya qarşı yönəlməmişdi. Qeyd olunanlar reallığa və ənənəyə dayanırdı.Nəyə görə təkcə rəsmi Afinaya qarşı yönəlməmişdi? Ona görə ki, hazırda həmən görüşdə haqqında söhbət gedən Şərqi Aralıq dənizi regionunda Türkiyə Yunanıstanla yanaşı, Minsk qrupuna həmsədrlik edən Fransa və bir çox başqa ölkələrlə də üz-üzədir. Şərqi Aralıq dənizi reguonuna böyük həcmdə qüvvə yeridən və orada İtaliya, Yunanıstan, Rum Kipriylə birgə hərbi təlimlər keçirən Fransa digər Avropa dövlətlərinə də təzyiq edərək, Türkiyəyə qarşı sərt mövqe ortaya qoymalarını istəyir.Bildirdiyimiz kimi İtaliya təlimlərə qatılsa da, hələlik Fransanın arzuladığı qədər antiTürkiyəçi deyil, Avropanın Almaniya və İspaniya kimi böyük çəkili dövlətləri isə vəziyyətin danışıqlar yoluyla həllindən yanadırlar. Belə bir həlledici dönəmdə Azərbaycan Prezidentinin prinsipial mövqe ortaya qoyması, fikrimcə, İtaliyanın və Avropanın bir çox digər dövlətlərinin gələcək davranışlarına təsirsiz ötüşməyəcək.Demək ki, cənab İlham Əliyevin Yunanıstan səfiriylə görüşdə səsləndirdikləri təkcə o ölkəyə yönəlik sözlər deyildi. Bu, Şərqi Aralıq dənizi regionunda Türkiyəyə qarşı gövdə gösətərənlərin hamısına "Mən qardaşımın yanında olacağam” ismarıcıydı. Bu, həmən dövlətlərə xitabən "Biz savaşa hazırıq” deyən cənab Ərdoğanı, Türkiyəni Azərbaycanın tək qoymayacağının ən yüksək səviyyədə və qətiyyətlə vurğulanmasıydı.İndi isə istəyirəm 2014-cü ilin aprelində Praqda "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan Zirvə görüşündə cənab İlham Əliyevin qardaş ölkəni ittiham edən Serj Sarkisyanın necə ağzından vurduğunu xatırladım. "Bilirsiniz ki, Türkiyə bu Sammitdə təmsil olunmur, bundan istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm”,- deyərək Ermənistanın keçmiş rəhbərinin cavabını vermişdi cənab Prezident.Ondan bir il sonra Rusiyanın sərhəddi keçən hərbi təyyarəsinin vurulmasından sonra Ankarayla Moskva arasında gərginlik yaranan zaman digər türk dövlətlərinin tərəddüdlü davranmalarına, daha çox isə ikincinin maraqlarına uyğun mövqe sərgiləmələrinə rəğmən, Azərbaycan Prezidentinin səsləndirdiyi "Biz bütün məsələlərdə Türkiyənin yanındayıq” sözlərini xatırlayanlar yəqin ki, var".
Millət vəkili bildirib ki,Azərbaycan üçün fərqi yoxdur, Türkiyə ilə üz-üzə gələn kimidir, forpost Ermənistandır, elə də böyük çəkisi olmayan Yunanıstanla Rum Kipridir, yoxsa dünyanın ən güclü dövlətləridir. Onun fikrincə, Azərbaycan bütün hallarda qardaşlarımıza dəstək verməkdən çəkinmir və çəkinməyəcək: "Çünki bu, bir reallıqdır və bu reallığı qanımız, genimiz, soyumuz, keçmişimiz bizə diqtə edir. Bunu bizə diqətə edən birinci dünya savaşı zamanı Türkiyədəki qardaşlarımızla çiyin-çiyinə döyüşərək şəhid olan 4 minə qədər azərbaycanlının ruhudur. Əminəm ki, dünənki açıqlaması, ənənəyə sadiqliyilə cənab Prezident onların müqəddəs ruhlarını bir daha sevindirdi.Nə deyim, Tanrı uca millətimizi, tarixin bu son dərəcə mürəkkəb dönəmlərində onun iki dövlətini eyni dövlətmiş kimi yönəldən böyüklərimizi qorusun".
Alpər TURAN
banner

Oxşar Xəbərlər