• şənbə, 20 Aprel, 12:55
  • Baku Bakı 23°C

Yuliya Timoşenko Ukrayna xalqını üsyana çağırdı

11.12.13 16:52 1008
Yuliya Timoşenko Ukrayna xalqını üsyana çağırdı
Hazırda həbsdə olan Ukraynanın sabiq baş naziri, “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko xalqı üsyana çağırıb.
APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, Y.Timoşenko həbsxanadan göndərdiyi məktubunda bütün ukraynalıları Viktor Yanukoviç hakimiyyətinə qarşı üsyana qalxmağa səsləyib: “Dəyənəklə dinc insanlara endirilən hər zərbə bütün Ukrayna xalqının sifətinə vurulan zərbədir. Yanukoviçin zorakılığı həyatımızın normasına çevirməsinə imkan verməyin! Mən hər ukraynalıya müraciət edirəm: üsyan edin!”
Y.Timoşenko müxalifəti hakimiyyətlə danışıqlara getməməyə çağırıb: “Banda ilə heç bir danışığa, heç bir dəyirmi masaya getmək olmaz. Yanukoviç və ətrafı gecikmədən, təcili şəkildə istefaya getməlidir. Ukraynaya eşq olsun!”
banner

Oxşar Xəbərlər