• şənbə, 20 Aprel, 10:54
  • Baku Bakı 14°C

Yükdaşıma fəaliyyətinin vergiyə cəlb edilməsi qaydaları

09.11.19 11:00 2130
Yükdaşıma fəaliyyətinin vergiyə cəlb edilməsi qaydaları
Mülkiyyətində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində yük daşımalarını, o cümlədən təhlükəli yüklərin daşınmasını həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyicisi sayılır.
Vergilər Nazirliyinin Media və kommunikasiya idarəsindənAZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinin müddəalarına əsasən mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər aşağıdakı tələblərə cavab verdiyi halda ƏDV qeydiyyatına alına bilər:
- göstərilən xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edən və ödəyən;
- digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirən;
- göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edən.
Vergi Məcəlləsinin müddəalarına əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər hər il yanvar ayının 31-dən gec olmayaraq, ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair ərizəni uçotda olduğu vergi orqanına təqdim edir və onların ƏDV məqsədləri üçün qeydiyyatı həmin ayın birinci günündən qüvvəyə minir.
banner

Oxşar Xəbərlər