• cümə, 29 Mart, 12:34
  • Baku Bakı 14°C

Yük maşını qoyun sürüsünə divan tutdu

08.07.14 09:24 953
Yük maşını qoyun sürüsünə divan tutdu
Sürətlə gələn TIR kənd sakini Samir İlqarova məxsus qoyun sürüsünə girib. Nəticədə 5 qoyun hadisə yerində tələf olub, bir neçəsi isə yaralanıb.
Türkiyə Respublikasına aid dövlət nömrə nişanlı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Kənd sakinlərinin dediyinə görə, hadisə baş verən ərazidə yol nişanları radar quraşdırılmasına baxmayaraq, bəzi sürücülər burada yüksək sürətlə hərəkət edirlər.
Qeyd edək ki, təxminən 3 həftə öncə Bakı-Qazax avtomagistralının Dağ Kəsəmən kəndi ərazisində oxşar qəza baş verib. Hadisə nəticəsində 11 baş iribuynuzlu mal-qara tələf olub./apa/
banner

Oxşar Xəbərlər