• cümə axşamı, 25 aprel, 02:10
  • Baku Bakı 19°C

Yuğ Dövlət Teatrı beynəlxalq festivalda mükafat alıb

29.08.17 17:40 1724
Yuğ Dövlət Teatrı beynəlxalq festivalda mükafat alıb
Yuğ Dövlət Teatrı 24-28 avqust tarixlərində Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalında iştirak edib.

Teatrın mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, Qazaxıstanın xalq artisti Asanali Aşimovun 80 illik yubileyinə həsr olunmuş festivaldan teatr mükafatla qayıdıb.Mikayıl Mikayılovun quruluş verdiyi "Medeya. Sekvensiya 01” tamaşası ilə çıxış edən yaradıcı qurum "Xəzər renessansı” nominasiyası üzrə diplomla təltif olunub.

Rejissor Mikayıl Mikayılov və əməkdar artisti Gülzar Qurbanova TÜRKSOY-un türk mədəniyyət qurumunun təşkil etdiyi məşhur türk dramaturqu Haldun Tanerin 100 illiyinə həsr olunmuş medala layiq görülüb.

Xatırladaq ki, festivalda beynəlxalq tərkibli münsiflər heyətində Azərbaycanı sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov təmsil edib.
banner

Oxşar Xəbərlər