AZE | RUS | ENG |


Yuğ Dövlət Teatrı beynəlxalq festivalda mükafat alıb

Yuğ Dövlət Teatrı beynəlxalq festivalda mükafat alıb
Yuğ Dövlət Teatrı 24-28 avqust tarixlərində Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalında iştirak edib.
 
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qazaxıstanın xalq artisti Asanali Aşimovun 80 illik yubileyinə həsr olunmuş festivaldan teatr mükafatla qayıdıb. Mikayıl Mikayılovun quruluş verdiyi "Medeya. Sekvensiya 01” tamaşası ilə çıxış edən yaradıcı qurum "Xəzər renessansı” nominasiyası üzrə diplomla təltif olunub.
 
Rejissor Mikayıl Mikayılov və əməkdar artisti Gülzar Qurbanova TÜRKSOY-un türk mədəniyyət qurumunun təşkil etdiyi məşhur türk dramaturqu Haldun Tanerin 100 illiyinə həsr olunmuş medala layiq görülüb.
 
Xatırladaq ki, festivalda beynəlxalq tərkibli münsiflər heyətində Azərbaycanı sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov təmsil edib. 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6298
GBP 1 İngilis funt sterlinqi 2.2523
TRY 1 Türk lirəsi 0.4327
KWD 1 Küveyt dinarı 5.6294
SEK 1 İsveç kronu 0.2003
EUR 1 Avro 1.9959
CHF 1 İsveçrə frankı 1.7121
USD 1 ABŞ dolları 1.7002