“Öyrənməyi öyrənmək” adlı 2-ci Beynəlxalq Təlim Konfrans keşiriləcək
16-17 noyabr tarixlərində "Öyrənməyi öyrənmək” adlı 2-ci Beynəlxalq
Təlim Konfransı öz işinə başlayacaq. Konfransdan sonra, noyabrın 18-də "Master
klass” seminarları keçiriləcək. Qeyd edək ki, tədbir Azərbaycan Müəllim
İnkişafı Mərkəzi (AMİM) və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə təçkilatçılığı
ilə baş tutacaq. Konfrans Avropa Azərbaycan Məktəbinin (EAS) Badamdarda yerləşən
tədris binasında keçiriləcək.
Konfransda üç tanınmış beynəlxalq məruzəçi - Kanadadan Leyn Klark, Böyük Britaniyadan Mətt Bromli və Tristan Stobi iştirak edəcək.
Əsas məruzəçilərlə yanaşı, təcrübəli xarici və yerli təhsil mütəxəssisləri də bölmə seminarlarında müxtəlif mövzularda təqdimatlar keçirəcəklər.
Konfransda beynəlxalq səviyyəli qabaqcıl təhsil mütəxəssislərinin peşəkar təlim və inkişafa dair fikir mübadiləsindən əlavə, Azərbaycanın müxtəlif məktəblərində çalışan müəllimlərin bir araya gəlməsi, ünsiyyət qurması və təcrübə mübadiləsi üçün də imkan yaranacaqdır.
Bu
ilki konfrans "Öyrənməyi öyrənmək” mövzusuna həsr olunacaq. Təlimin keyfiyyətinin yüksəldilməsi
platforması çərçivəsində keçiriləcək konfrans müddətində iştirakçılar
bilmək və öyrənmək arasındakı fərq və əsl öyrənməyin mahiyyətinə dair biliklərini
inkişaf etdirəcəklər. Bundan əlavə, konfransda düşünmə prosesinin necə baş
verməsi, müəllimlərin məntiqli düşünmək bacarığını necə təşviq etmələri və
şagirdlərin təlim nəticələrinin inkişafında beynin məlumatı necə emal etməsinin
rolu təhlil olunacaqdır.
Konfransda üç tanınmış beynəlxalq məruzəçi - Kanadadan Leyn Klark, Böyük Britaniyadan Mətt Bromli və Tristan Stobi iştirak edəcək.
Əsas məruzəçilərlə yanaşı, təcrübəli xarici və yerli təhsil mütəxəssisləri də bölmə seminarlarında müxtəlif mövzularda təqdimatlar keçirəcəklər.
Konfransda beynəlxalq səviyyəli qabaqcıl təhsil mütəxəssislərinin peşəkar təlim və inkişafa dair fikir mübadiləsindən əlavə, Azərbaycanın müxtəlif məktəblərində çalışan müəllimlərin bir araya gəlməsi, ünsiyyət qurması və təcrübə mübadiləsi üçün də imkan yaranacaqdır.
Konfransda iştirak etmək arzusunda olan təhsil işçiləri www.azteachers.az saytında konfrans
keçidinə daxil olub qeydiyyatdan keçə bilərlər.