Yoluxmaların çoxu harda olur?
"Aparılan analizlər göstəririr ki, yoluxmaların
çoxu yas mərasimlərində olur”.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında
Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, yaslarda insanların, xüsusilə
qadınların bir yerdə toplaşması yoluxanların sayını kütləvi şəkildə artmasına səbəb
olur:
"Bu, bizi narahat edir. Vətəndaşları diqqəti və məsuliyyətli
olmağa çağırırıq”.