• şənbə, 20 Aprel, 02:48
  • Baku Bakı 15°C

Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

13.12.16 18:08 791
Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yol polisi havaların kəskin dəyişməsi ilə əlaqədar, yolların buz bağlayacağını nəzərə alaraq sürücülərə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsindənAPA-ya verilən məlumata görə, qarlı və şaxtalı havada sürücülərdən son dərəcə diqqətli olmaları tövsiyəolunub. Yol polisi sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlıhavaşəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı məsləhət görüb.
banner

Oxşar Xəbərlər