• çərşənbə axşamı, 19 mart, 10:27
  • Baku Bakı 8°C

Yol hərəkəti qaydalarının pozulmasına dair məhkəmə qərarının mərkəzi informasiya sisteminə yerləşdirilməsi müddəti dəyişir

22.01.21 12:33 320
Yol hərəkəti qaydalarının pozulmasına dair məhkəmə qərarının mərkəzi informasiya sisteminə yerləşdirilməsi müddəti dəyişir
Məhkəmələrin yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar barədə qərarlarının mərkəzi informasiya sisteminə yerləşdirilməsi müddəti dəyişir.
APA-nın məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, İnzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu gün mərkəzi informasiya sisteminə yerləşdirir.
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu gün deyil, daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirəcək.

banner

Oxşar Xəbərlər