Yığmanın sabiq futbolçusu itkin düşüb

Yığmanın sabiq futbolçusu itkin düşüb

İdman
09 Oktyabr 2019, 12:07 194
Kanada yığmasının sabiq futbolçusu Pol Ceyms itkin düşüb. 
 
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı Toronto polisi yayıb. Polisin 56 yaşlı Polun tapılması üçün vətəndaşlardan kömək istəyib: 
 
"Torontonun polis xidməti vətəndaşlara müraciət edir ki, itkin düşmüş Polun tapılmasına yardım etsinlər. Onun Ottavada olması ehtimal edilir. Polis onun təhlükəsizliyinə görə narahatdır”. 
 
Qeyd edək ki, Pol Ceyms 1983-1993-cü illərdə Kanada yığmasının şərəfini qoruyub. O, karyerasını bitirdikdən sonra məşqçi kimi çalışıb. Ceyms 2012-ci ildə etiraf etmişdi ki, uzun illər kokain asılılığından əziyyət çəkib.