AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yığmamızda yeni oyunçu

Yığmamızda yeni oyunçu

İdman
26 Noyabr 2012, 17:19 1765
Dekabrın 3-dən 5-dək Bakıda Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Seleksiya xarakterli həmin toplanışa dəvət olunmuş futbolçuların siyahısı müəyyənləşib.

Azərbaycan milli komandasının dekabrın 3-dən 5-dək Bakıda təşkil olunacaq təlim-məşq toplanışına çağırılan Rüfət Dadaşovun kimliyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “Kayzerslautern II”nin şərəfini qoruyan hücumçu Rusiyada doğulub.

1991-ci il təvəllüdlü (29 sentyabr) Dadaşov peşəkar karyerasına məhz Almaniyada bu klubda başlayıb. Hazırda “Kayzerslautern”in ikinci komandasında çıxış edən Dadaşov 1.85 sm boya malikdir.

Qeyd edək ki, bu klub Almaniya Regionalliqasının Cənub-Qərb zonasında mübarizə aparır. Hazırda 24 xalla çempionatda 9-cu pillədə olan Kayzerslautern təmsilçisi son turda evdə Frankfurt “Ayntraxt”ının ikinci komandasını 1:0 hesabı ilə məğlub edib.

Bu matçda start heyətində yer alan Rüfət baş məşqçi Quido Hoffmann tərəfindən 64-cü dəqiqədə əvəzlənib. Yeri gəlmişkən, o, baş tutan 17 görüşdən 10-da meydanda olub. 21 yaşlı hücumçu 3 dəfə start heyətində meydana çıxıbsa, 7-də sonradan oyuna qoşulub. Rüfətin meydanda olduğu dəqiqələrin sayı isə 357-dir. Ancaq yığmamızın yeni üzvü forvard olsa da, bu dəqiqələr ərzində hələ də rəqib qapılara yol tapa bilməyib.

Aqil Məmmədov – “Bakı”
Emil Balayev – “Neftçi”
Eyyub Əliyev– “Simurq”
Vurğun Hüseynov – “Qəbələ”
Tural Nərimanov – AZAL
Tural Axundov – “Rəvan”
İlkin Qırtımov - “Simurq”
Urfan Abbasov – “Qəbələ”
Şəhriyar Əliyev – “Bakı”
Samir Zərgərov – “İnter”
Elnur Abdulov - “Qarabağ”
Eşqin Quliyev – “Neftçi”
Rövşən Əmiraslanov – “Qəbələ”
Taqim Novruzov - AZAL
Azər Məmmədov – “Turan”
Asif Mirili – “Simurq”
Murad Səttarlı - “Simurq”
Namiq Ələsgərov – “Bakı”
Ruslan Qurbanov – “Sumqayıt”
Pərdis Fərcad-Azad – “Sumqayıt”
Rüfət Dadaşov – “Kayzerslautern II” (Almaniya)
Orxan Həsənov - AZAL
Ağabala Ramazanov – “Xəzər Lənkəran”
Kazım Kazımlı– “XəzərLənkəran”
Orxan Əliyev– “Sumqayıt”

Emil Balayev və Eşqin Quliyev dekabrın 6-da İtaliyanın Milan şəhərində, Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "İnter" – "Neftçi" oyunu üçün "Neftçi"nin heyətində İtaliyaya getməyəcəyi təqdirdə millinin təlim-məşq toplanışında iştirak edəcəklər.