Yığma komandaya rəhbərlik etməyi arzulayır
"Mançester
Siti”nin baş məşqçisi Xosep Qvardola gələcəkdə yığma komandada çalışmaq niyyətindədir.
Kaspi.az xəbər
verir ki, klub karyerasında bütün titulları qazanan Pep yığma səviyyəsində də
uğur əldə etməyi planlaşdırır. Onun istəyi barədə qardaşı Pere məlumat verib:
"Pep nə vaxtsa
yığma komandaya rəhbərlik etməyi arzulayır. Amma baxaq görək, hadisələr necə cərəyan
edəcək.
Belə bir məqam
olacaqmı, Pep təklif alacaqmı? Bütün bunları zamanın öhdəsinə buraxaq”.
Qvardiolanın
"Mançester Siti” ilə müqaviləsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub.