• cümə, 29 Mart, 17:18
  • Baku Bakı 14°C

Yığma komandamız Türkiyə millisinə qarşı

26.11.13 14:16 1421
Yığma komandamız Türkiyə millisinə qarşı
Bu gün Türkiyənin Antalya şəhərində şahmat üzrə komandalararası dünya çempionatına start veriləcək. Apasport.az saytının məlumatına görə, mundiala FİDE-nin prezidentinin nominantı kimi qatılan Azərbaycan millisi ilk görüşünü ev sahiblərinə qarşı keçirəcək.
Yığmamızın liderləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun qatılmadıqları yarışda kapitan Aleksandr Xalifman birinci lövhəni Rauf Məmmədova həvalə edib. Rusiyalı sabiq dünya çempionu türklərə qarşı onunla yanaşı, Eltac Səfərli, Nicat Məmmədov və Vasif Durarbəyliyə şans verib. Xalifman Qədir Hüseynovu ehtiyatda saxlayıb.
I tur
TÜRKİYƏ - AZƏRBAYCAN
Aleksandr İpatov (2630) – Rauf Məmmədov (2647)
Draqan Solak (2618) – Eltac Səfərli (2653)
Mustafa Yılmaz (2577) – Nicat Məmmədov (2616)
Barış Esen (2565) – Vasif Durarbəyli (2559)
Almaniya – Misir
Hollandiya – Çin
Ukrayna – ABŞ
Rusiya – Ermənistan
Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
banner

Oxşar Xəbərlər