• cümə axşamı, 25 aprel, 20:45
  • Baku Bakı 21°C

Yeyinti məhsullarına dövlət nəzarəti yeni qaydada həyata keçiriləcək

31.12.19 14:30 1031
Yeyinti məhsullarına dövlət nəzarəti yeni qaydada həyata keçiriləcək
Nazirlər Kabineti "Yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edib.
APA-nın məlumatına görə, dövlət nəzarətinin məqsədi istehlakçıların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, insanların həyatı, sağlamlığı, dövlətin əmlak maraqları, habelə ətraf mühit üçün birbaşa və mühüm təhlükə törədə və ya mühüm zərər vura biləcək yeyinti məhsullarının istehsalının, idxalının və satışının qarşısının alınması, bu sahədə respublikada keyfiyyətli məhsul istehsalına və idxalına şərait yaradılmasıdır.
Qaydalara əsasən, indiyə qədər Azərbaycan Respublikasında istehlak üçün idxal (sərbəst dövriyyə üçün buraxılış) olunmuş və ixrac edilən yeyinti məhsullarının keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmaması barədə əlamətlər müəyyən edildikdə məhsullardan seçilmiş nümunələrin sınaqları ("müayinəsi”) aparılıb. Dəyişikliyə əsasən, minimum keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun tələbi müəyyənləşir. Başqa sözlə, Azərbaycan Respublikasında istehlak üçün idxal (sərbəst dövriyyə üçün buraxılış) olunmuş və ixrac edilən yeyinti məhsullarının minimum keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmaması barədə əlamətlər müəyyən edildikdə, məhsullardan seçilmiş nümunələrin sınaqları (müayinəsi) aparılacaq.
Qüvvədə olan Qaydalara görə, istehsalçı ölkənin müvafiq orqanları tərəfindən yeyinti məhsullarına verilmiş uyğunluq sertifikatı dövlətlərarası müqavilələrə uyğun olaraq tanınmadan keçməli, belə müqavilələr olmadığı təqdirdə, məhsulların Azərbaycan Respublikasında qüvvədə olan normativ sənədlərə uyğunluğunu təsdiq edən sertifikat alınmalı idi. Dəyişikliyə əsasən, yeyinti məhsullarının keyfiyyət göstəricilərinin müvafiq standartda müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədiləistehsalçının öz istəyi əsasında yeyinti məhsulları akkreditasiya edilmişuyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılacaq. Bu uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası "Uyğunluğunqiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanun ilə müəyyən olunmuş qaydada həyata keçiriləcək.
banner

Oxşar Xəbərlər