• çərşənbə axşamı, 23 aprel, 19:51
  • Baku Bakı 20°C

Yevlaxda qanunsuz fəaliyyət göstərən kafe aşkar edilib

12.07.20 17:15 939
Yevlaxda qanunsuz fəaliyyət göstərən kafe aşkar edilib
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən kafe aşkar olunub.
DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan Trend-ə verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən kafenin xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Məkana baxış zamanı 5 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.
banner

Oxşar Xəbərlər