AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Yerli özünüidarəetmədə beynəlxalq əməkdaşlığın rolu”

“Yerli özünüidarəetmədə beynəlxalq əməkdaşlığın rolu”

Cəmiyyət
23 İyul 2019, 13:07 15511
Milli Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov "Yerli özünüidarəetmədə beynəlxalq əməkdaşlığın rolu” mövzusunda keçiriləcək beynəlxalq konfransda, ənənəvi şəhər bayramında və 2-ci beynəlxalq incəsənət festivalında iştirak etmək üçün iyulun 25-dən 28-dək Latviyanın Qulbene şəhərində səfərdə olacaq.
Məclis Aparatından Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Kamran Bayramov qeyd edilən beynəlxalq konfransda "Bələdiyyələrarası əməkdaşlığın qurulmasında və inkişaf etdirilməsində milli parlamentlərin rolu” adlı məruzə ilə çıxış edəcək.
Deputatımızın Latviya Bələdiyyələr İttifaqının rəhbərliyi, Latviya Seyminin deputatları və konfransda iştirak edəcək xarici dövlətlərin nümayəndələri ilə görüşləri də nəzərdə tutulmuşdur.